Prezident İlham Əliyev Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif olunması ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınması zamanı şəhid olan Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) “Vətən uğrunda” medalına layiq görülüb.