Bu rayona 19 sm qar yağıb - Faktiki hava

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.

Düşən yağıntının miqdarı: İsmayıllı, Şamaxı, Qaxda 13.0 mm, Ağsu, Xaltanda 12.0 mm, Altıağacda 11.0 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10.0 mm, Ağdərə, Qobustanda 9.0 mm, Zaqatalada 8.0 mm, Oğuzda 7.0 mm, digər rayonlarda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.

Duman: Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşmışdır.

Külək: Şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 18 m/s-dək güclənib.

Havanın temperaturu: fevralın 03-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.

Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 03-ü axşamadək davam edəcək, 04-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ