İranda soydaşlarımız küçədə qalıb - Video

İrandakı zəlzələdə evləri dağılan azərbaycanlılar küçələrdə gecələməyə məcburdur.

Buna səbəb İran hökumətinin soydaşlarımıza sahib çıxmayaraq, taleyin ümidinə buraxmasıdır.

Azərbaycan Dövlət Televiziyasına müsahibə verən azyaşlı soydaşımız soyuqdan, aclıqdan əziyyət çəkdiklərini dilə gətirib: “Dünən 12 nəfər bu çadırda qaldıq. Bura çox soyuqdur”.

Məsələ burasındadır ki, İran dövləti Türkiyə və Azərbaycandan göndərilməsi planlaşdırılan yardımların heç birini qəbul etmir. Cənubi Azərbaycanın digər şəhərləri isə bu mövqe ilə barışmır, Xoy sakinlərinə dəstək olur.

Süjetdə qeyd olunur ki, belə amansız davranışla İran İslam Respublikası dünyanın gözü qarşısında azərbaycanlılara yüz illərdir necə əziyyət verdiyini bir daha nümayiş etdirir. Təbii ki, bu, yardımdan imtina edib, özünü qürurlu dövlət kimi göstərmək məsələsi deyil. Bu davranışın arxasında həm də siyasi məqsədlər dayanır. 

Cənubi Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisi Əhməd Obalı deyib ki, İran Güney Azərbaycanla Türkiyə arasında kürd zolağı yaratmaq üçün evləri dağılan azərbaycanlılara qarşı etnik təmizləmə proyektinin davamını aparır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ