Bərdədə ağır qəzada beş nəfər ölüb - video

Bərdədə ağır yol-nəqliyyat hadisəsi zamanı beş nəfər ölüb.

Hadisə yolun Bərdə rayonunun Kətərparaq kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-EA-774 dövlət nömrə nişanlı “Niva” markalı maşınla 34-BG-302 dövlət nömrə nişanlı “Mercedes” toqquşub. Qəza nəticəsində üç nəfər hadisə yerində, daha iki nəfər isə xəstəxanada dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir. Həlak olanlardan birinin Daxili Qoşunların hərbçisi olduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ