Azərbaycanda koronavirus: son sutkada beş nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 35 yeni yoluxma faktı qeydə alınıb, 41nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 828 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 817 739 nəfər müalicə olunaraq sağalıb, hazırda 187 aktiv xəstə var. Bu günə qədər 10 092 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 834, bu günə qədər isə ümumilikdə 7 491 233 test icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ