Sumqayıtın prokuroru işdən azad edildi

Sumqayıtın prokuroru işdən azad edilib.

APA xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidməti məlumatı təsdiqləyib.

Bildirilib ki, həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abıyevə həvalə edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ