“Qanlı göl”ün ətrafında park salınacaq

“Qanlı göl”ün ətrafındakı şamlıqda park salınacaq. Ərazidə boş olan yerlər də təqdim olunacaq, şirkətlər tərəfindən yaşayış binaları tikiləcək”.

APA xəbər verir ki, bunu “Qanlı göl” adlanan ərazi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bildirib.

Onun sözlərinə görə, parkın ərazisi 6 hektar olacaq:

“Bizim yanaşmamıza görə, seçilmiş ərazidə yaşıllıq varsa, o, landşaft olaraq saxlanılmalıdır. Bu gün yaşıllıq və su mənbələri ilə bağlı həyəcan təbili çalınır. Bəzən bizə gətirilən nümunələrdə yaşıllıqlar gizlədilir. Az əmək və xərc sərf etməklə bir iş ortaya qoyurlar. Bu, qəbuledilməzdir. Ona görə hədəfimiz əsas məqsədə nail olmaqdır. Bu baxımdan ümid edirik ki, “Qanlı göl” ərazisi üzrə keçiriləcək layihə də başqa layihələr üçün nümunə olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ