Bəxtiyar Hacıyev ev dustaqlığına buraxılmayıb

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi çıxış edərək təqsirləndirilən şəxsin həbsinin davamına etirazlarını əsaslandırıblar. Müstəntiq vəsatətin təmin edilməməsini tələb edib.

Hakim Bəxtiyar Məmmədov tərəflərin çıxışlarını dinlədikdən sonra qərar elan edib.

Qərarda seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar müəyyən olunmadığı qeyd olunaraq, qaldırılmış vəsatət rədd olunub.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ