Uşaqları seksual məqsədlə təqib edənlərin cəzası sərtləşdirildi

Azərbaycanda uşaqları seksual xarakterli məqsədlərlə təqib edənlərə 3 ilədək həbs cəzası veriləcək.

Bununla bağlı Cinayət Məcəlləsinə yeni - 171.2-ci (Seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsi) maddə əlavə edilib.

Bu maddəyə əsasən, yetkinlik yaşına çatmış şəxs tərəfindən on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma, seksual xarakterli hərəkətlər etmək və ya uşaq pornoqrafiyasının istehsalı məqsədilə həmin şəxsin on dörd yaşına çatmadığını bilə-bilə ona informasiya və kommunikasiya texnologiyaları vasitəsilə görüş təklif etməklə bu görüşün baş verməsi üçün praktiki hərəkətlər edildikdə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ