Zurabişvilidən Azərbaycanla sərhəd barədə bəyanat

Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanla həmsərhəd zonaya səfər edib. 

Buta.media-nın xəbərinə görə, bu barədə Sputnik-Georgia Gürcüstan prezidentinin mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Bildirilir ki, Zurabişvili orada gürcü sərhədçiləri ilə görüşüb. Görüşdən sonra o, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası prosesinin sürətləndirilməsinin vacibliyini vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ