İlham Əliyev nazirə yeni müavin təyin etdi

Elm və təhsil naziri Emin Əmrullayevə yeni müavin təyin edilib. 

Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. 

Sərəncama əsasən, bu vəzifəyə Həsən Həsənli təyin olunub.

Qeyd edək ki, Həsən Həsənli Elm və Təhsil Nazirliyində nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyunundan 2023-cü il yanvarın 30-dək nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ