İran dövləti məsuliyyət daşıyır - Hacı Şahin

“Xarici ölkələrdəki səfirliklər Azərbaycan ərazisidir və insan vətən uğrunda canını fəda edirsə, şəhiddir”.

Bu fikirləri jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

O bildirib ki, bu tədbirlə xalqımızın şəhadətə, şəhidə verdiyi dəyərin növbəti dəfə şahidi olduq: “Xalqımızın hiddətinə səbəb olan bu hadisəyə görə İran dövləti məsuliyyət daşıyır. Çünki onun ərazisində olan səfirliklərin və elçilərin qorunması həm beynəlxalq konvensiyalarla, həm də dini vəzifəsidir. Azərbaycan xalqı hadisənin hərtərəfli araşdırılmasını və cinayətkarın layiqli cəzasına çatmasını tələb edir”.

İlahiyyatçının sözlərinə görə, iki dövlət arasında münasibətlərin korlanmasına yönəlik ritorikadan istifadə olunmamalı, yersiz, məsuliyyətsiz bəyanatlar verilməməlidir: “Azərbaycan qonşularla dostluq münasibətində olmağı prioritet hesab edir. Müsəlman dövlətlərindən gözləntimiz bu olub ki, Azərbaycanın haqq işinə dəstək olsunlar. İrəvan-Tehran qardaşlığını əksinə, Azərbaycanla bağlı görməliyik. Çünki bu, bizim dinimizin, İslamın tələbidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ