Sumqayıtda körpə ölümü baş verib.
Buta.media xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında şəhərin 2 nömrəli Doğum Evində baş verib.
Belə ki, 1998-cil il təvəllüdlü Rəfizadə İradə Samir qızının dünyaya gətirdiyi uşaq doğuş zamanı ölüb. Köpənin hansı səbəbdən öldüyü məlum deyil.
Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdir əvəzi Səkinə Sadıxova faktla bağlı araşdırma aparıldığını deyib:
“Hadisə dünən axşam saatlarında baş verib. Vəziyyətlə bağlı qadının yaxınları həkimlərlə mübahisə etdiyi üçün hüquq-mühafizə orqanlarına məlumat verilib. Onlar körpənin ölüm səbəbini dəqiqləşdirmək məqsədilə meyiti tibbi ekspertizaya göndəriblər.
Yekun nəticə söyləmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Yalnız o zaman körpənin ölüm səbəbi haqqında məlumat vermək mümkündür”.