Qəbələ rayonunda yanvarın 29-da tapılan insan skeleti ilə bağlı bəzi detallar bəlli olub. Qeyd edilir ki, skeleti aşkarlanan kişini vəhşi heyvanlar parçalayıb.
Oxu.Az-ın məlumatına görə, qalıqlar Nohurqışlaq kəndinin dağlıq ərazisinə düşən hissəsində aşkarlanıb.
“Qafqazinfo” yazır ki, vəhşi heyvanlar tərəfindən parçalanmış və qismən çürüməyə məruz qalmış meyitin Qəbələ şəhər sakini, 1973-cü il təvəllüdlü Səyavuş İbrahimxəlil oğlu Həmidova məxsus olması müəyyən edilib. 50 yaşlı şəxs Qəbələdə mağaza sahibi kimi tanınıb.