Daha bir gənc qız özünü öldürmək istədi

Göygöldə gənc qız dərman içərək intihara cəhd edib.

Buta.media xəbər verir ki, ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Reyhanə Əliyeva dərman içib. Xəstə dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Gənc qızın hansı səbəbdən dərman içərək intihara cəhd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ