Azərbaycan Baş nazirinin sabiq müavini Əsgər Məmmədov vəfat edib.
Ətraflı
Buta.media xəbər verir ki, sabiq müavin ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Lerik rayonunun Kiravud kəndində anadan olan Əsgər Məmmədov 1986-1991-ci illərdə Goranboy, 1991-1992-ci illərdə Astara rayon icra hakimiyyətinin başçısı kimi fəaliyyət göstərib. 1992-1994-cü illərdə Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb, 1990-1995-ci illərdə Azərbaycan Milli Məclisinin deputatı olub.