İrandakı Azərbaycan səfirliyinə terror nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir.
“Qafqazinfo”nun əməkdaşı xəbər verir ki, yas mərasimi Yeni Yasamal qəsəbəsində, mərhumun evinin həyətində təşkil olunub.
O.Əsgərov əslən Gəncədən olsa da, o, İkinci Şəhidlər xiyabanında dəfn olunacağı üçün mərasim Bakıda keçirilir.
Mərasimdə Yasamal Rayon İcra hakimiyyətinin başçısı Elşad Həsənov da iştirak edir.
Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.
Qeyd edək ki, dünən Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.