Toyuq dönəri satışına qoyulan qadağa götürüldü

"Baytarlıq və sanitar-gigiyena qaydaları çərçivəsində hazırlanan toyuq mənşəli qidaların satışına və istehlakına hər hansı məhdudiyyət yoxdur".

Buta.media-nın xəbərinə görə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib. 

Qeyd edilib ki, burada istehlakçıların diqqət etməli olduğu əsas məsələ emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçib-keçməməsidir.

"Agentlik əməkdaşları mütəmadi olaraq istehsal və emal sahələrində monitorinqlər və nəzarət tədbirləri həyata keçirirlər. Qeyd edək ki, vətəndaşların ictimai iaşə müəssisələrində istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi barədə sənəd tələb etmək hüququ var" - deyə məlumatda vurğulanıb.

AQTA-dan əlavə edilib ki, sahibkarlar da öz növbəsində istehlakçılara təqdim olunan qida məhsullarının təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyırlar: "Vətəndaşlarda istehlak etdiyi toyuq ətinin təhlükəsizliyi ilə bağlı şübhə yaranarsa, Agentliyin 1003 "Çağrı Mərkəzi"nə məlumat ver bilərlər".

Xatırladaq ki, bir neçə il öncə ölkədə toyuq ətindən hazırlanan dönərin satışına qadağa qoyulmuşdu. Toyuq dönərinin satışı ilə məşğul olanlar cərimə edilirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ