Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Tağıyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.
İTV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.
Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.