Bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.
Sosial şəbəkədə Y. Hüseynzadənin fotoları yayılıb.
Xatırladaq ki, hadisə bu gün Bakı vaxtı ilə səhər saat 8:30 radələrində baş verib. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov qətlə yetirilib, Vasif Tağıyev və daha 1 nəfər yaralanıb.
50 yaşlı terrorçu tutularaq zərərsizləşdirilib.