Aprelin 19-u gündüzdən aprelin 20-si səhərədək müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Buta.media-ya bildirilib ki, sinoptiklərin əvvəlcədən xəbər verdiyi kimi, aprelin 19-u gündüzdən 20-si səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, yağış yağmış, ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb.
Respublikanın əksər çaylarında yağan leysan xarakterli intensiv yağışla əlaqədar çaylarda sululuq artmış və hal-hazırda artım davam edir.
Yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında: 0-2 mm, Böyük Qafqazda: 3-18 mm, Naxçıvan MR-da: 4-23 mm, Nürgütdə (Ordubad) 30.0 mm, Qazax-Gəncə zonasında: 3-15 mm, Kiçik Qafqazda: 10-13 mm, Mərkəzi-Aran rayonlarında: 2-10 mm, Lənkəran-Astara zonasında: 6-49 mm olub.
Qar örtüyünün hündürlüyü Paraqada (Ordubad) 15 sm, Nürgütdə (Ordubad) 10 sm, Qırızda 6 sm, Daşkəsən, Şahdağda 5 sm, Lerik, Xınalıq, Altıağacda 4 sm, Gədəbəy, Xaltanda 3 sm, Yardımlı, Göygöldə 2 sm, Ağdərə, Biçənəkdə (Naxçıvan), Quba, Qusarda 1 sm olub.