Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır - video

“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:

“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ