“Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərinin təxliyə olunması həyata keçirilir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
O bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılır:
“Hazırda təxliyə üçün prosedur aparılır. Səfirliyin fəaliyyətinin nə zaman bərpa olunacağı bilinmir. Bu, birdəfəlik bağlanma demək deyil”.