Səfirlik əməkdaşları Azərbaycana təxliyə edilir - XİN

“Səfirlik əməkdaşlarının Azərbaycana təxliyəsi həyata keçirilir”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.

"İran tərəfi səfirliyimizə hər hansı hücuma qarşı tədbir görməli idi. Bu hücumu qabaqcadan görməli idilər. Təəssüf ki, bu, həyata keçirilmədi. Tehran səfirliyimizə hücumu pisləyirik, bunu ən sərt şəkildə qınayırıq”, - XİN rəsmisi əlavə edib.

Qeyd edək ki, bu gün silahlı şəxs Azərbaycanın İrandakı səfirliyinə hücum edib. Terror nəticəsində səfiriyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, daha iki əməkdaş yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ