Azərbaycanda yeni virus yayılıb? - TƏBİB-dən açıqlama

Son günlərdə dünyada yeni və daha ağır bir virusun ortaya çıxacağına dair yayılan məlumatlara aydınlıq gətirilib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva açıqlama verib.

O bildirib ki, rəsmi olaraq bizə hansısa yeni virus haqqında bir məlumat daxil olmayıb.

Yaqut Qarayeva həmçinin bildirib ki, Azərbaycanda koronavirusla əlaqədar vəziyyət hazırda tam stabildir. Yoluxma saylarında ciddi yüksəlmələr müşahidə olunmur.

O, bəzən ölüm sayının çox olmasına da aydınlıq gətirib:

“Ölüm sayları ilə bağlı onu deyə bilərəm ki, bugünkü yoluxma sayları ilə ölüm sayları bir-biri ilə əlaqəli proses deyil. Bütün vəfat halları araşdırılır. Amma bu, ölən şəxsin həmin gün yoluxan insan olduğu demək deyil. Bəzi xəstələrimiz uzun müddət xəstəlikdən əziyyət çəkir, hansısa xroniki xəstəliyi olan şəxslər olur”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ