ÜST-dən həyəcan təbili: trans yağlar Azərbaycanda insanları öldürür

Beş milyard insan trans yağların səbəb olduğu koronar ürək xəstəliklərindən sığortlanmayıb. ÜST qeyd edir ki, hazırda 16 ölkədən 9-da bu ürək xəstəliyi riski daha böyükdür, hansı ki həmin ölkələrdə trans yağlarla bağlı yaxşı təcübə, siyasət yoxdur. ÜST-ün sadadaladığı ölkələr sırasında Azərbaycanın da adı var. ÜST-ün məlumatında qeyd olunur ki, Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Koreya Respublikası trans yağlarla bağlı riskin daha çox müşahidə olunduğu ölkələrdir. Hazırda 5 milyard insan transyağların yaratdığı problemlərlə əlaqədar olaraq risk altındadır və bu koronar (Koronar arteriya xəstəlikləri koronar arteriyanın daxili səthinin zədələnməsi ilə başlanır və damar sərtləşməsi ilə nəticələnir) adlanan ürək xəstəliyi riskini artırır.

ÜST-ün Baş direktoru Tedros Adhanom Qebreyesus bildirir ki, trans yağların istehlakı hər il dünyada koronar ürək xəstəliyindən 500 000-dək insanın vaxtından əvvəl ölümünə səbəb olur: "Trans yağların hansısa faydalı tərəfləri bəlli deyil, lakin böyük həyati riskləri var, hansı ki bu problem həm də böyük səhiyyyə xərclərinə səbəb olur. Trans yağlar sadəcə olaraq toksiki kimyəvi tərkibli insanı öldürə biləcək təhlükəli qidalardır. Trans yağlardan tamamilə xilas olmağın vaxtıdır”.

“2.8 milyard əhaliyə sahib 43 ölkə trans yağla mübarizə üçün ən yaxşı siyasəti, təcrübəni sərgilədi. Bu ölkələr sırasında Amerika, Argentina, inkişaf etmiş Avropa ölkələri ilə yanaşı Nigeriya kimi Afrika ölkəsi, həmçinin bir sıra daha az gəlirli ölkələr də var”, - deyə ÜST-ün məlumatında qeyd olunur.

ÜST qeyd edir ki, ümumi olaraq trans yağlar əsasən paketlənmiş qidalarda, un məmulatlarından hazırlanan şirniyyatlarda və s-da geniş istifadə olunur.

“Resolve to Save Lives” (Həyatları Xilas etmək üçün problemləri həll etmək) şirkətinin prezidenti və baş direktoru Tom Frieden isə bildirib ki, dövlətlər qısa zamanda bu tragik vəziyyətin - insan ölümlərinin qarşısını almalıdırlar: “Hər bir dövlət yaxşı təcrübələri mənimsəyərək bu cür tragik vəziyyətlərin qarşısını almalıdır”.

ÜST tövsiyə edir ki, trans yağlarla mübarizəni gücləndirmək və yarana biləcək problemləri aradan qaldırmaq üçün ölkələr əsasən 4 faktora diqqət ayırsınlar:

1. Ən yaxşı təcrübələri, siyasətləri mənimsəsinlər

2. Monitorinqlər aparsınlar

3. Ciddi nəzrət həyata keçirsinlər

4. Sağlam və keyfiyyətli yağı təbliğ etsinlər

ÜST həmçinin Beynəlxalq Qida və İçki Alyansının (IFBA) üzərinə götürdüyü öhdəliyə uyğun olaraq qida istehsalçılarını məhsullarından sənaye üsulu ilə istehsal olunan trans yağları çıxarmağa təşviq edir. Yağların və yağların əsas tədarükçülərindən qlobal miqyasda qida istehsalçılarına satılan məhsullardan sənaye üsulu ilə istehsal olunan trans yağları çıxarmaq tələb olunur.

Ümumdünya Səhiyyə Təşkilatı REPLACE fəaliyyət paketinin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək olmaq üçün “Resolve to Save Lifes” qeyri-kommersiya təşkilatı ilə əməkdaşlıq edir. 2018-ci ildə istifadəyə verilən ÜST-nin REPLACE fəaliyyət paketi sənaye üsulu ilə istehsal olunan trans yağların milli qida ehtiyatlarından xaric edilməsinə strateji yanaşma təqdim edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ