AZAL təhlükəli Boeing 737-ni istismar edəcək – YENİLƏNİB

“Boeing-737 MAX-8” təyyarəsinin Efiopiyada qəzaya uğramasının təhqiqatı  ilə əlaqədar Azərbaycan Respublikasının milli aviadaşıyıcısı “Boeing” korporasiyası ilə sıx əlaqə saxlayır.

 

AZAL-ın prezidenti Cahangir Əsgərov jurnalistlərin çoxsaylı suallarına cavab olaraq bildirib ki, “Boeing 737 MAX-8” hava gəmiləri ilə baş verən iki aviasiya qəzasının təhlili nəticəsində bir çox oxşar məqamlar müəyyən edilib -  hər iki təyyarə uçuşdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Hadisələrin səbəblərinin ilkin versiyası – laynerlərin proqram təminatında ehtimal olunan nasazlıqdır”.

 

Onun sözlərinə görə, AZAL aviaşirkəti ilə Boeing korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana üç il ərzində ümumilikdə 10 ədəd “Boeing 737 MAX-8” tipli təyyərə gətiriləcək.

 

“Biz “Boeing” korporasiyasında çalışan amerikalı mütəxəssislərlə bu məsələ ilə bağlı sıx əməkdaşlıq edirik. Yeni təyyarənin proqram təminatında hər hansı qüsur aşkar edildikdə, həmin qüsurlar ölkəmizə çatdırılma zamanı tamamilə aradan qaldırılacaq. Bu məsələ bizim daimi nəzarətimiz altında olacaq”, – deyə  Cahangir Əsgərov bildirib.

 

Xatırladaq ki, 29 oktyabr 2018-ci il tarixdə və cari ilin 10 mart tarixində bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək “Boeing 737 MAX-8” tipli təyyərələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

 

15:05

Dünyaca tanınmış avişirkətlər Efiopiyada təyyarə qəzasından sonra Boeing 737 Max təyyarəsinin istismarını dayandırsa, AZAL bu tipli təyyarəli istismar etmək niyyətindədir.

 

Belə ki, Sinqapurun Mülki aviasiya İdarəsi Efiopiyada baş verən aviaqəzadan sonra “Boeing 737 MAX” sərnişin təyyarəsinin istismarını müvəqqəti olaraq dayandırıb.

 

Daha əvvəl Argentina, Çin, Efiopiya və Böyük Britaniya analoji addımı ataraq sözügedən modeli istismardan çıxarmışdı. Bu addım hava reysləinin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.

 

Son aylarda, bu Boeing modelinin yalnız bir qəzası deyil. İlk təyyarə qəzası 29 Oktyabr 2018-ci ildə İndoneziyada meydana gəldi. The Wall Street Journal qəzetinin xəbərinə görə, Boeing korporasiyası bu modelin qüsurları barədə məlumatları gizlədir. 

 

Qeyd edək ki, 2017-ci ilin aprel ayında AZAL və “Boeing” arasında imzalanmış sazişə əsasən, 2019-ci ildən etibarən Azərbaycana “Boeing 737 MAX” təyyarələrinin gətirilməsinə başlanılacaq, 2020-ci ilin sonunadək isə onların ümumi sayı 10 ədədə çatacaq. Müqavilənin ümumi məbləği təxminən 1 milyard ABŞ dolları təşkil edir. 

 

Məsələ ilə bağlı Azərbaycan Hava Yolları (AZAL) 1news.az-a AZAL-da belə bir təyyarə olmadığını bildirib.  "Biz bu cür təyyarələri istifadə etmərik", - P. Kesamanski deyib.

 

Qurumun mətbuat xidmətinin rəhbəri məlumatı təkzib etsə də, aviaşirkətin "Boeing-737 MAX" sərnişin təyyarəsinin alınması üçün müqavilə rəsmi saytlarında əks olunub.

 

Xatırladaq ki, Efiopiya Havayılarının Boeinq 737 təyyarəsi martın 10-da qəzaya düşüb. Qəza nəticəsində 157 nəfər həlak olub.

Sazişlə bağlı keçidlər:

//www.azal.az/az/article/466

//www.azal.az/az/article/402

//www.azal.az/az/article/301
 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ