"Mənə izah edə bilmədi": Xalidə Bayramova Elinagilin evinə gəldi

Təzəlikcə Səbail rayon icra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova bizə evə gəlmişdi.

Buta.media-nın məlumatına görə, bu barədə 162 saylı orta məktəbdə özünü 3-cü mərtəbədən ataraq intihar edən Elina Hacıyevanın anası Sevil Hüseynova Media.Az-a açıqlamasında bildirib.

S. Hüseynovanın sözlərinə görə, X.Bayramova Elinanın özünü atandan sonra məktəbə çağırılmasını təsdiq edib.

Elinanın anası bildirib ki, hər kəs cəzasını almayana qədər bu işə davam edəcək: 

"İstintaq getdiyi üçün bizə ətraflı məlumat vermirlər. Mən məlumatları sosial şəbəkələrdən, mətbuatdan oxuyuram"

Xatırladaq ki, bir müddət əvvəl Bakı şəhəri 162 nömrəli tam orta məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva özünü üçüncü mərtəbədən atıb. 

Bu hadisə cəmiyyətdə ciddi rezonans doğurub. Bundan sonra məktəbin direktoru Abbasova Sevinc Kamil qızı işdən kənarlaşdırılıb. Daha sonra isə işdən çıxarılıb. Onunla bərabər tərbiyə işləri üzrə direktorun müavini və psixoloq da vəzifəsindən azad edilib.

Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə Elina Hacıyevanın ölümünün səbəbi və müddəti, təcili tibbi yardım xidmətinə vaxtında müraciət olunub-olunmaması, E.Hacıyevaya həkim briqadası tərəfindən yerində və xəstəxanada lazımi tibbi yardımın göstərilib-göstərilməməsi, müayinə və müalicənin diaqnoza uyğun qaydada aparılıb-aparılmaması, onun xəstəxanaya gec çatdırılması ilə ölümü arasında səbəbli əlaqənin olub-olmaması və sair əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün komisyon məhkəmə-tibb ekspertizası təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ