BSU azərbaycanlı gəncin xəyallarını puç edir - İDDİA+FOTO

Məşhur bloger Aynur Hüseyn (Aka The One) Bakı Slavyan Universitetinə qarşı sərt ittihamlar irəli sürüb.

 A. Hüseynin yaxınları Buta.media-ya bildiriblər ki, onun yeni düzəlmək istədiyi şirkət bitirdiyi BSU əlaqə saxlayıb ki, həqiqətən də həmin universiteti bitirməsinə dair təsdiqləmə ala bilsin. 

Ali təhsil ocağından qeyd ediblər ki, onunla bağlı heç bir məlumat yoxdur.

Bu olayla bağlı jurnalist Pərviz Hüseyn də məlumat paylaşıb:

"Aynur Hüseyn (Aka The One) 68 min insanın müraciət etdiyi vakansiya üçün dünyanın ən nəhəng aviaşirkəti American Airlines'da bütün intervyulardan keçərək, işə dəvət edilib.

 Lakin 5 il öncə əyani təhsillə bitirdiyi Bakı Slavyan Universiteti ilə əlaqə saxlayıblar, onlar bildirib ki, Aynur haqda "təhsil ocağı"nda heç bir arxiv və sənəd yoxdur. Halbuki onun əlində diplomu da var".

Jurnalist onu da əlavə edib ki, son 1 həftə ərzində universitet onun eks-tələbə olduğunu təsdiq etməsə, işə dəvət ləğv ediləcək. 

"Beləliklə, daha bir gəncimizin gələcəklə bağlı xəyalları puç olacaq..."

Qeyd edək ki, A. Hüseyn iddia edir ki, sözügedən universiteti 2013-də bitirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ