320 manat pensiya alan həkim necə yaşasın? - millət vəkili etiraz edir

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Məlahət İbrahimqızı dövlət qurumlarında işçilərin ixtisarından söz açıb.

Deputat qeyd edib ki, dövlət qurumlarındakı bəzi ixtisarlar süni şəkildə baş verir.

 “Bir də görürsən ki, fəxri fərman və ya təşəkkürnamə ilə təltif edilən şəxs bir aydan sonra ixtisara düşür. O, yeni rəhbər gəlib deyə ixtisara düşür”, - deyə o əlavə edib.

Məlahət İbrahimqızı 65 yaşı olan müəllimlərin və həkimlərin avtomatik işdən çıxarılmasına da etiraz edib.

“Avropa təcrübəsində həkimləri 70 yaşa qədər işdə saxlayırlar. Bizdə 65 yaşı tamam olanı işdən çıxarırlar. Yaxşı, həkim 65 yaşdan sonra harada işləsin? O, aldığı 320 manat pensiya ilə necə yaşasın? Yaxşı olar ki, pensiyaya çıxan müəllimlər və tibb işçiləri ehtiyac olan bölgələrdə işlə təmin olunsunlar”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ