Yaqub Eyyubovun oğlunun Kanadadakı villasının görüntüləri yayıldı - foto

Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu Orxan Eyyubovun Kanadada Ontario gölü sahilindəki (Oakville) meşəlikdə tikdirdiyi villanın fotosu yayılıb.

Fotoları araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook hesabında dərc edib.

C.Həsənli bildirib ki, Orxan Eyyubov Kanada vətəndaşıdır.

Xatırladaq ki, bir müddət əvvəl Yaqub Eyyubovun oğlunun adına Latviyanın paytaxtı Riqa şəhərindəki bankda yerləşdirdiyi 1 milyard dolların dondurulması barədə xəbər yayılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ