Azərbaycanda mövsümi qrip yayılıb - nazir

Azərbaycanda son vaxtlar mövsümi qrip yayılıb.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Nazir bildirib ki, iki il ərzində pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub və nəticədə ara-sıra mövsümi qriplər yayılıb.

“Buna görə də hazırlıq məqsədilə ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəssisələrinə paylanıb”, - nazir əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ