Hacı Mövsüm azadlığa çıxdı

Azərbaycan İslam Partiyasının sədri, Hacı Mövsüm kimi tanınan Mövsüm Səmədov azadlığa çıxıb.

Bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıblar. Onun bu gün səhər erkən saatlarında cəzaçəkmə müəssisəsindən buraxıldığı bildirilir.

Qeyd edək ki, 2011-ci ildə həbs olunan Mövsüm Səmədov 12 il həbs cəzası almışdı.

M.Səmədov mütəşəkkil dəstə halında cinayətə hazırlıq, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama və hakimiyyəti zorla ələ keçirməyə görə ittiham olunmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ