Bakıda əxlaqsız qadın uşaqlarının başına oyun açdı

Bakının Keşlə kəndində valideynlər tərəfindən atılmış üç uşaq tapılıb.

Buta.media-nın məlumatına görə, bunu jurnalistlərə insan hüquqları müdafiəçisi Kamala Ağazadə bildirib.

Bir neçə gün öncə, anasının uşaqlarına qarşı olan laqeyidlikdən qonşular dözməyib polisə şikayət ediblər. Qadın bütün gün, hətta gecə iki ikiyaşlı və üç yaşlı oğlan uşağını, 10 yaşlı bacılarına tapşırmış. Onların acından ölməməsi üçün qonşualr uşaqlara qida veriblər.

Bununla bağlı Kəmalə Ağazadə Nizami rayonu icra Hakimiyyətinə müraciət edib.

"Komissiya yaradılıb, ekspertlər polislə birdə hadisə yerinə gediblər. İcra şöbəsinin nümayəndələri akt tərtib edib, uşaqları götürüb, sığınacağa gətiriblər.", deyə Ağazadə bildirib.

Artıq axşam evdə uşaqları tapmayan ana telefonla hüquq müdafiəçisi ilə əlaqə saxlayıb. O, Ağazadəni təhdid edib.

Ananın haqqında bircə o məlumdur ki, adı Nigardır. Qadın özü bütün gün evdə olmadığını belə izah edir: Dükanda işləyir (qonşular iddia edirlər ki, qadın əxlaqsız həyat tərzi aparır).

Qonşuların verdiyi məlumata görə, qadın evə heç vaxt bazarlıq etmir. Evə bir şüşə su və çörək ilə qayıdır. Uşaqlar müxtəlif kişilərdən və nikahdan doğulub. Onlar bu evdə on ildir yaşayır.

Təəssüf ki, həyəcan təzəlikcə gəlib. Hazırda uşaqların gələcək taleyi müəyyən edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ