Qənirə Paşayeva duet oxudu - VİDEO

Müğənni Çinarə Məlikzadə Ankarada millət vəkilləri ilə duet oxuyub. 

Buta.media xəbər verir ki, gənc sənətçi Türkiyədə təşkil olunan tədbirdə “Çırpınırdı Qara dəniz” mahnısını ifa edib. 

Çinarə azərbaycanlı deputat Qənirə Paşayeva və Türkiyənin Büyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mustafa Desticinin əyləşdiyi masaya yaxınlaşıb. Məlikzadənin ifasına hər iki şəxs də qoşularaq mahnını ifa etməyə başlayıblar. 

Həmin görüntüləri isə müğənni instaqram səhifəsində paylaşıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ