Xaçmaz-Xudat şossesində DYP əməkdaşı xidməti avtomobillə qəza törədib.
Xaçmaz RPİ Dövlət Yol Polis Bölməsinin əməkdaşı 99 YP 191 dövlət qeydiyyat nişanlı “BMW” ilə hərəkətin intensiv olduğu yerdə qəflətən yola çıxan piyada Ə.Müslümovu vurub. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb.
DİN-in Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov bildirib ki, hadisəni törədən Xaçmaz DYPB-nin əməkdaşı özü piyadanı xəstəxanaya çatdırıb:
“Hazırda onun müalicəsi Bakıda davam etdirilir. Faktla bağlı araşdırma aparılır".