Bakıda gecə klubunda gənc qızı vəhşicəsinə döydülər - Xəstəxanalıq oldu

Bakının Nizami rayonunda gənc qız naməlum şəxslər tərəfindən döyülərək xəsarət alıb.

Buta.media-nın ONA-ya istinadən xəbərinə görə, hadisə “Palermo” gecə klubunda baş verib.
 
Belə ki, klubda yaranmış dava zamanı orada işləyən 1991-ci il təvəllüdlü Cənnət Abbasova müştərilərin biri tərəfindən döyülüb.

28 yaşlı qız xəstəxanaya yerləşdirilib.
 
Faktın təfərrüatları Nizami polisi tərəfindən araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ