26-28 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar aprelin 24-dən etibarən dənizkənarı bulvar ərazisinə giriş bağlanacaq.
Buta.media-nın məlumatına görə, bunu Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, aprelin 25-dən etibarən Formula 1-ə bileti olan şəxslər bulvar ərazisinə daxil ola biləcəklər.
N. Arpadarai qeyd edib ki, aprelin 25-dən etibarən yarışla bağlı bulvarda əyləncə proqramları başlayacaq: "Bulvar ərazisinə giriş aprelin 29-dan açılacaq".