“Azərbaycanda rus dilinin və mədəniyyətinin qorunması Rusiyada yüksək dəyərləndirilir. Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin qorunub saxlanılmasına çalışır”.
Bunu ötən həftə Azərbaycana səfər edən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
Buta.media-nın məlumata görə, Təhsil eksperti Məlahət Mürşidli Sputnik Azərbaycan-a deyir ki, cəmiyyətdə rus dilinə marağın artmasının səbəbi bu dili öyrənmək istəyidir:
“Rus dilinin əhəmiyyətini və gələcəkdə lazım olacağını düşünən valideynlər uşaqlarının rus bölməsində təhsil almasına çalışır. Biz aparılan müşahidələr əsasında da görürük ki, say artır, ancaq keyfiyyət azalır. Buna görə də təkliflər olunur ki, qəbul prosesi imtahanla aparılsın. Bu həm də keyfiyyətin yükəslməsinə səbəb olacaq”.