Qazi COVİD-dən öldü, anası da dözməyib vəfat etdi

Vətən Müharibəsi qazisi Zamir Osmanov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, Bakıda yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib. Oğlunun ölüm xəbərini eşidən anası, 1965-ci il təvəllüdlü Esma Çiliyeva da qəfil ürəktutmadan vəfat edib.

Qeyd edilir ki, Z.Osmanov koronavirusa yoluxandan sonra ölüb. 

Zamir Osmanov Xocavənd uğrunda gedən döyüşlərdə yaralanıb. O, Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 2021-ci ildə YAŞAT fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib, 1 il 4 ay müalicə alıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ