Prezident Vahid Əliyevlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Vahid Əliyevlə bağlı sərəncam verib.

Buta.media xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Vahid Əliyevin 50 yaşı tamam olur.

Xatırladaq ki, general-leytenant V. Əliyev 10 il prezident İlham Əliyevin köməkçisi olub, hazırda isə Prezident Administrasiyası rəhbərinin müavinidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ