Azərbaycanda daha 6 nəfər koronavirusdan ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 62 yeni yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 827 055 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 816 462 nəfər müalicə olunaraq sağalıb, hazırda 560 aktiv xəstə var. Bu günə qədər 10 033 nəfər vəfat edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ