Dünyada elə bir ölkə yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi saymasın.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
O qeyd edib ki, Praqa görüşündə tərəflər 1991-ci il Alma-Ata bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıması barədə razılıq əldə edib.