Bu gün prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində əsaslı şəkildə yenidən qurulan Neftçilər parkında yaradılan şəraitlə tanış olub.
Buta.media-nın məlumatına görə, sakinlər ölkə başçısı və birinci vitse-prezidentlə söhbətləşib. Onlar prezidentin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımları alqışlayıb.
Sakinlərdən biri görüşdə nəvəsinin sualını səsləndirib: "Mən hər gün teleziyada sizin çıxışlarınızı nəvəmlə bərabər izləyirəm. Nəvəm məndən soruşur ki, ay nənə, bizim İlham babamız bizə nə vaxt qonaq gələcək?"
Prezident isə "Baxın gəlmişəm" cavabını verib.
VİDEO: "Qafqazinfo"