Gizli kamera: Vasif Talıbovun istefadan bir gün əvvəl görüntüləri yayıldı - video

Sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefa verməmişdən bir gün əvvəl Bakıdan Naxçıvana qayıdarkən hava limanından görüntüləri yayılıb.

Vasif Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməyib, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamayıb. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçib. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparıb.

Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvəl isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıdıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ