Xırdalanda avtomobil transformatora çırpıldı - video

Xırdalanda avtomobil transformatora çırpılıb. Hadisə səhər saatlarında qeydə alınıb.

İlkin məlumata görə, qəza nəticəsində ciddi xəsarət olmayıb.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, sözügedən qəza ilə bağlı əraziyə dərhal qəza xidmətinin əməkdaşları cəlb edilib:

“Qarlı hava şəraiti ilə bağlı bu kimi hallar ola bilir. Nəqliyyat vasitəsi idarəetməni itirərək transformatora çırpılıb. Dərhal əraziyə yeni transformator quraşdırılıb. Problem aradan qaldırılıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ