Azərbaycandan kömək istəyən mülki erməni sülhməramlılarına təhvil verilib

Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.

"Report"un aksiya keçirilən ərazidəki əməkdaşının əldə etdiyi məlumata görə, bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib.

Qarabağın erməni sakininə qayğı ilə yanaşılıb.

Bu gün Şuşada - Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc erməni sakin Xankəndinə yola salınıb.

Erməni sakin aksiya ərazisindən keçən zaman ekoaktivistlərə "sağ ol" deyib, Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ