Uşağa siqaret çəkdirib videoya çəkdilər

Sosial şəbəkələrdə Azərbaycanda azyaşlı oğlana siqaret çəkdirilərək lentə alınmasını əks etdirən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “TikTok”da yayıldığı bildirilən görüntülərdə uşağın dayısı olduğu deyilən şəxs azyaşlıya siqaret verir. O daha sonra siqaret çəkən uşağın başına 100 dollarlıqlar səpir.

Bu görüntülər sosial şəbəkələrdə müzakirələrə və etirazlara səbəb olub. İnsanlar azyaşlıya siqaret çəkdirən şəxsin müəyyən edilərək cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, Azərbaycanda yetkinlik yaşına çatmayan şəxslərə tütün məmulatlarının satılması və onların bu məmulatlardan istifadəsinin təşviq edilməsi qadağandır. Bu kimi əməllər qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ