Bakıda bir mənzildən 4 kişinin meyiti tapıldı

Bakıda bir mənzildən 4 nəfərin meyiti tapılıb. Hadisə Nərimanov rayonunda yerləşən mənzillərdən birində qeydə alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, mənzilin sahibi polisə zəng edərək məlumat verib ki, kirayəyə verdiyi evin qapısı arxadan bağlıdır və nə qədər döysə də, qapını açan yoxdur.

Dərhal polis əməkdaşları həmin ünvana gedərək qapını açıblar. Bu zaman mənzildə 4 nəfərin meyiti aşkar edilib. Onların üzərində zorakılıq əlamətləri müəyyən olunmayıb.

Ölən şəxslər aidiyyəti üzrə təhvil verilib. Araşdırma aparılır.

İlkin məlumata görə, onların dəm qazından boğulduğu və ya qidadan zəhərlənərək öldüyü ehtimal edilir.

Qeyd edək ki, ölənlərin hamısı kişidir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ