Bakıda daha bir intihar hadisəsi - VİDEO

Bakı şəhəri, Nizami rayonu Əlif Haciyev 19 küçəsində 50-55 yaşlı kişi işlədiyi mağazada özünü asıb.

Buta.media-nın məlumatına görə, ONA xəbər verir ki, özünə qəsd edən Masallı rayon sakini soyadı hələlik məlum olmayan Fariz adlı şəxsdir. 

Meyit aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə verilib.

Faktla bağlı Nizami rayon Prokurorluğunda 125-ci maddə ilə cinayət işi açılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ